Məhəmməd Süleyman oğlu
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان) (təq. 1494, Bağdad, Ağqoyunlu dövləti, Nəcəf, Ağqoyunlu dövləti, Hillə, Ağqoyunlu dövləti və ya Kərbəla, Ağqoyunlu dövləti – 1556, Kərbəla, Osmanlı imperiyası və ya Bağdad, Bağdad əyaləti[d], Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir.
1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.